Ru
12:23 / 16 Yanvar 2026

Məktəb və uşaq bağçasına gedən yol 6 aydır bağlanıb – Valideynlər çətin vəziyyətdə - VİDEO/FOTOLAR

Məktəb və uşaq bağçasına gedən yol 6 aydır bağlanıb – Valideynlər çətin vəziyyətdə - VİDEO/FOTOLAR
Eye

Yasamal rayonunun Yeni Yasamal-1 ərazisində fərdi şəxs tərəfindən aparılan tikinti işləri səbəbindən 98 saylı uşaq bağçası və 286 saylı orta məktəbə gedən yol artıq 6 aydan çoxdur bağlanması ərazidə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

Sakinlər bu barədə Bakupost.az -a müraciət ediblər.

Sakinlərin sözlərinə görə, Dadaş Bünyadzadə və Məhəmməd Xiyabani küçələrində uşaq bağçasına gedən yolun bağlanması səbəbindən körpə uşaqlar 1 kilometr əlavə yol getməyə məcbur qalırlar. Bundan başqa Əsəd Əhmədov küçəsi, Yeni Yasamal 1 və Yeni Yasamal 2 ünvanlarında yaşayan ailələrin uşaqları da məktəbə gedərkən daha ciddi çətinliklərlə üzləşirlər:

“Tikinti aparan şəxs avtomobil yolunu zəbt edərək öz ərazisinə qatıb. Piyada yolu isə artıq 6 aydan çoxdur tamamilə bağlıdır. Bizə elə gəlir ki, tikinti sahibinin məqsədi bu yolun zamanla unutdurmaq və sonradan tikinti sahəsinə qatmaqdır. Bu vəziyyət ən çox qış aylarında – soyuq, külək, yağış və qar altında yol gedən uşaqlar üçün çətinlik yaradır. Dəfələrlə müraciət etsək də, piyada yolunu müvəqqəti də olsa açmırlar”, –deyə şikayətçilərdən biri bildirib.

Valideynlər qeyd edirlər ki, tikinti sahibi məsələ ilə bağlı edilən müraciətlərə laqeyd yanaşır, yolun yalnız tikinti başa çatdıqdan sonra açılacağını deyir. Bu isə təhsil müəssisələrinə gedən yolların uzun müddət bağlı qalacağı deməkdir.

Aidiyyəti qurumların məsələyə biganə qalmasından da narazı olan sakinlər vəziyyətin araşdırılmasını tələb edirlər.

Qeyd edək ki, sözügedən ərazi Yasamal rayonunun Yeni Yasamal hissəsində, məktəb və uşaq bağçasına aparan əsas yolun üzərində yerləşir.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.

Yasəmən,
BakuPost

" target="_blank">



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar