Son zamanlar məktəblərdə şagirdlər arasında baş verən psixoloji təzyiq, təhqir və hətta fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur.
Təəssüf ki, bu cür mənfi davranışlar bəzən faciəvi nəticələrə də yol açır. Yaxın günlərdə bir şagirdin məktəbdə bıçaqlanması hadisəsi artıq problemin nə qədər təhlükəli mərhələyə çatdığını göstərdi. Bu vəziyyət bir sualı aktuallaşdırır: belə halların qarşısını kim almalıdır - məktəb rəhbərliyi, Elm və Təhsil Nazirliyi, yoxsa hüquq-mühafizə orqanları? Fiziki və psixoloji zorakılıq göstərən şagirdlərlə bağlı hansı tədbirlər görülməlidir? Onların xüsusi təlim-tərbiyə müəssisələrinə yönləndirilməsi, bəlkə problemin daha dərinləşməsinin qarşısını almağın yoludur?
Yaranan sualları gənc alim, fəlsəfə doktoru İlqar Orucov Bakupost TV-yə cavablandırıb.