Bakının Yasamal rayonu, Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında yerləşən qalmaqallı mülk sökülüb.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, "Melissa Group" və mülkün sahibi arasında kompensasiya məbləği ilə bağlı razılıq əldə olunub.
Kompensasiya ödənilib və mülkün sökülməsi prosesi başa çatıb.
Xatırladaq ki, hadisə martın 27-də baş verib. "Melissa Group" tikinti şirkətinin sürücüsü Qala Seymur oğlu Eynullayev idarə etdiyi ekskavatorla Həbib Hacıyevə məxsus evin şüşələrini sındırıb və mülkü sökmək istəyib. Bu zaman evdə adamlar olublar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Eynullayev saxlanılıb.
Daha sonra hadisə ilə bağlı "Melissa Group" tikinti şirkətinin rəhbəri Qalib Məmmədov tutulub. Xətai Rayon Məhkəməsi onların hər ikisi barədə həbs qətimkan tədbiri seçib.
Bakının Yasamal rayonunun Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılsa da, traktor sürücüsü hələ həbsdədir.
Bəs, Bakı şəhərində bu çoxsahəli ala-bula bina üçün yeri və icazəni hansı qurum, necə və hansı əsasa, sənədləmi, ya hesaba KİMlər verib, təsdiqləyiblər? Dövlətin gözləri önündə hərbi işğaldan 33 il sonra qurtulduq, icazəsiz-özbaşına, yəni ilkin, xüsusilə yeralltı çıxıntılar və infrastrukturasız yarım milyon tikililər rahat mənzillər əvəzinə tək ətrafına deyil, elə quranların özünə də bəla olacaq? Hər Rayonda qanunla ayrılmış yeni yaşayış məskənlərindən (massiv?) geniş qəbiristan əraziləri də (geniş boşluqla) tələbatlara tam uyğun olmalı deyilmi? Bu bələdiyyə və İHnin ilkin vəzifə bölgüləri deyilmi? Yoxsa,onlar sosializm yarım əsrə *bərabər ədalətli bölgüyə* nail ola bilmədisə, BİZ-yeni özƏLlərdən nə gözləyirsiniz? Hər işə ehtiyat fondlar yox, təchizat-gündəlik-aylıq hesabat və nəğd maliyyə aydın məsələdir.