Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, rayonun Kərimbəyli kəndi ərazisində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Qazel” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilinin sərnişinlərinin biri 1981-ci il təvəllüdlü Beyləqan rayon Mil qəsəbə sakini Mirzəyeva Tərgül Allahyar qızı ölüb.
Minik avtomobilinin sürücüsü Qardaşxanov Bakir Yunis oğlu və avtomobildə olan sərnişinlər - Ağalarzadə Rauf Vüqar oğlu, Qalsanov Sərvan Mahmud oğlu və Atakişiyeva Brilyant Təbriz qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.