Ru
18:57 / 20 Sentyabr 2021

Meşə materiallarını qanunsuz daşıyanlar saxlanıldı

1312
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Qazel” və “Mercedes-Benz” markalı avtomobillər vasitəsilə meşə materiallarının qanunsuz daşındığı müəyyən olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib. O qeyd edib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı 5,58 m3 həcmində meşə materialı aşkar edilib.

“Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materiallarının rayon sakinləri Cavid Səfərov və Nurəddin Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 2293 manat məbləğində ziyan dəydiyi məlum olub”, - o deyib.

B.Məhəmmədov qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lənkəran Rayon Prokurorluğuna göndərilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər