Ru
16:18 / 07 Yanvar 2026

Məşhəddə barrikadalar quruldu – Xameneinin portretinə od vuruldu – VİDEO

Məşhəddə barrikadalar quruldu – Xameneinin portretinə od vuruldu – VİDEO
Eye

İranda etirazlar artıq anbaan güclənir.



Bakupost.az xəbər verir ki, etirazlar zamanı yaralanan gənc bir qadın ölüb. 22 yaşlı İğtişaşlarda üzünə açılan atəş nəticəsində yaralanan Sağar Ətəmadi iki gün xəstəxanada həyat mübarizəsi verdikdən sonra dünyasını dəyişib.
O, İranın Çaharmahal və Baxtiyari vilayətinin Farsan şəhərində keçirilən etiraz zamanı “Bəsic” qüvvələrinin atəş açması ağır yaralanmışdı.


Abdanan (İlam əyaləti) – Sosial media paylaşımlarında etirazçıların bu şəhəri ələ keçirdiyi və polis qüvvələrinin müqavimət göstərmədən geri çəkildiyi bildirilir. Bu iddialarda “yerli polis etirazçıların tərəfinə keçib” kimi ifadələr də yer alır.




Məlikşahi (Ilam əyaləti) – Abdanana paralel olaraq sosial şəbəkələrdə etirazçıların Məlikşahi şəhərində də nəzarəti ələ keçirdiyi iddiaları paylaşılıb. Şəhərdə elektrik enerjisinin kəsildiyi bildirilir.




Tehran – Paylaşımlarda etirazların paytaxtda geniş yayıldığı görünür. Görüntülərdə təhlükəsizlik qüvvələri ilə mitinqlərçilər arasında güclü mübarizə gedir.






Məşhəd – Sosial media postlarında etirazçıların bu böyük şəhərdə də aktiv rol oynadığı, yollarda blokadalar qurduğu iddia olunub.



İsfahan və Şiraz – Sosial şəbəkə paylaşımlarında bu şəhərlərdə də etirazların sürətlə yayıldığı və aktivlik olduğu qeyd edilib.




Əraq, Sari, Qəzvin, Kirmanşah və digər şəhərlər – bir neçə sosial media məlumatında müxtəlif vilayətlərdəki şəhərlərdə etirazların gün ərzində davam etdiyi və mitinqlərin geniş yayıldığı iddia edilir.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar