13:49 / 13 Yanvar 2026
Məşhur aktyor və müğənni həbs olundu – İstanbulda növbəti narkotik əməliyyatı
246
Türkiyədə narkotik cinayətləri araşdırması çərçivəsində aparılan əməliyyatlarda məşhur aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu də daxil olmaqla altı nəfər həbs olunub.
İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər Araşdırma Bürosu tərəfindən aparılan geniş əməliyyat bu gün səhər saatlarında Narkotik Cinayətlərlə Mübarizə İdarəsi və rayon polis komandanlığı əməkdaşları tərəfindən həyata keçirilib. Həbs olunanlar arasında Neda Şahin, Ali Sərt, Rabia Qarataş və Selen Çətinkaya da var.
Qısa açıqlamada prokurorluğun şübhəlilər barəsində bir və ya bir neçə maddə üzrə ittiham irəli sürdüyü bildirilib. Şübhəlilər istifadə məqsədilə narkotik və ya stimulyator maddə saxlamaq, bir şəxsi fahişəliyə təşviq etmək və ya yerlə təmin etmək, həmçinin qumar oynanmasına yer və imkan yaratmaq kimi ağır maddələrlə bağlı istintaqa cəlb olunublar.
İstanbul Baş Prokurorluğundan hadisə ilə bağlı əlavə şərh verilməyib. Hazırda tibbi ekspertizadan sonra İstanbul ədliyyəsinə göndərilən şəxslərin ifadələrinin alınmasına başlanılıb.
Əməliyyat və istintaq davam edir.
Cavid, BakuPost