Ru
10:57 / 29 Mart 2026

Məşhur cüdoçu oğluna toy etdi

Məşhur cüdoçu oğluna toy etdi
Eye

Azərbaycan cüdo məktəbinin əfsanəvi siması, tanınmış məşqçi Ağayar Axundzadənin ailəsində şad gün yaşanıb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin oğlu Davudun toy mərasimi baş tutub.

Bu barədə məşhur paracüdoçu, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, Ağayar Axundzadə Azərbaycan cüdosunun inkişafında müstəsna xidmətləri olan məşqçidir. O, vaxtilə Olimpiya çempionları Nazim Hüseynov və Elnur Məmmədlinin, eləcə də Olimpiya mükafatçısı Mövlud Mirəliyevin məşqçisi olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar