Ru
13:23 / 12 Sentyabr 2025

Metroda differensial qiymət artımı ola bilər - Rəsmi

Metroda differensial qiymət artımı ola bilər - Rəsmi
Eye

"Metroda differensial qiymət artımı ola bilər".

Bakupost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin sədrinin müşaviri Emil Əhmədov bildirib.

O qeyd edib ki, "Bakı Metropoliteni" QSC qiymətlərin artırılması və azaldılması kimi bir səlahiyyətə sahib olmadığı üçün bu gün bu mövzu müzakirə olunmur, amma differensial qiymət artımı ola bilər.

"Gündəmdə olan məsələlərdəndir, amma bunun üçün tamamlama, infrastuktur işləri, yeni stansiyaların açılması, müvafiq ödəniş sistemlərinin tətbiqi və s. kimi məsələlər var. Yəni ki, differensial qiymət artımı gələcəkdə ola bilər, nəzərdə tutulur, amma bu gün bu barədə yekun bir qərar yoxdur",- deyə E.Əhmədov bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar