Ru
13:00 / 12 Sentyabr 2025

Bakıda qadın ağacın altında qaldı

Bakıda qadın ağacın altında qaldı
Eye

Dünəndən başlayan güclü külək ölkəmizdə bir sıra fəsadlara yol açıb. Nəticədə bir neçə ağac aşıb. Ağaclardan birinin aşması nəticəsində qadın xəsarət alıb.

Bakupost.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, 11.09.2025-ci il tarixində saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, S.S.Axundov küçəsindən ağacın aşması səbəbilə çağırış qeydə alınıb.

"Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxsə (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu ilə yerində zəruri tibbi xidmət göstərilib", - deyə məlumatda qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar