Ukraynanın Xarkov şəhərində radiasiya qəzası baş verə bilər.
Bakupost.az “New York Times”a istinadən xəbər verir ki, buna səbəb kimi Rusiyanın Xarkovdakı Fizika-Texniki İnstitutunun laboratoriyasını atəşə tutması göstərilir. Nəşr qeyd edir ki, həmin laboratoriyada onlarla kiloqram uran saxlanılır.
Bildirilib ki, əgər uran materiallarına zərər dəyərsə, bu, ciddi radiasiya sızması və ekoloji fəlakət riski yarada bilər.
Aysel,
BakuPost