Ru
15:08 / 03 Dekabr 2025

MİDA mənzillərinin qanunsuz satışı – 12 nəfər saxlanıldı

MİDA mənzillərinin qanunsuz satışı – 12 nəfər saxlanıldı
Eye

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb.

Bakupost.az xəbər verir bu barədə DİN məlumat yayıb.

Məlumata görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.




Şərhlər
  • Bəhi

    Neçə ildir MİDAgentliyi neçə illərdir Prezidetin təşəbbüsü ilə sosial, yəni güzəştli-operativ inşaa edilib, ciddi ehtiyacı olanlara mənzillər (onlayn) təqdim edilir. Ayrıca, müstəqil ailə ocağı-mənzilə ehtiyacı olanlar üçün bu ilkin Ən Zəruri Yaşam Tələbatı deyilmi? Bu zəruri-xüsusi dövlət güzəştinin təqdimatı, ya qəbulu niyə yüksək elektron sürətli həyəcan, ajiotaj və stresslə keçirilir? Nədən, təbii-qanuni hüquqi yerli rayon qeydi-uçotu olan vətəndaşların adambaşına sahə və maddi-maliyyə gəliri baxımından mənzilə ciddi ehtiyacı olanların İcra Hakimiyyətləri, ya baş Mənzil-kommunikasiya idarəsində dəqiq uçotu aparılmasın? Məşğuliyyət, uşaq baxçaları, məktəblə və tibbi xidmət norma və ölçüləri, hətta ictimai nəqliyyat xəritəsi və yollar həmin uçot üzrə layihələnib, qurulmalı deyilmi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar