4-6 noyabr tarixlərində Sumqayıtın “Kimyaçı” Mədəniyyət Sarayında (“Kimyaçılar” Sarayı) Milli Kitab Satış-Sərgisi keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı, Qanun Nəşrlər Evinin rəhbəri, naşir Şahbaz Xuduoğlu məlumat verib.
Onun sözlərinə görə, müstəqil nəşriyyatların iştirak edəcəyi satış-sərgi ümumiyyətlə incəsənət və ədəbiyyat şöləninə çevriləcək.
İmza günləri, müxtəlif panellər və görüşlərin nəzərdə tutulduğu sərgidə rəssamlar öz əl işlərinin də satışını təşkil edə biləcəklər.
Ayrı-ayrı müəlliflər öz kitablarının satışını və təqdimatını keçirə bilərlər.
Xatırladaq ki, bu, 1-10 oktyabr tarixlərində Əl Oyunları Sarayında keçirilən
sərgidən sonra müstəqil nəşriyyatların təşkil etdiyi ikinci kitab sərgisidir.
Milli Kitab Satış-Sərgisinin Azərbaycanın başqa bölgələrində də keçirilməsi nəzərdə tutulur.