Ru
17:38 / 17 Sentyabr 2021

Milli Musiqi Günü münasibəti ilə videoçarx hazırlandı

Milli Musiqi Günü münasibəti ilə videoçarx hazırlandı
Eye

Milli Musiqi Günü münasibəti ilə sosial videoçarx hazırlanıb.

Mədəniyyət Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, videoçarx Nazirliyin dəstəyi ilə Heydər Əliyev Sarayının nəzdində yaradılan “Prodüser mərkəzi” tərəfindən hazırlanıb.

Videoçarxın əsas məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin irsinin, klassik musiqimizin Azərbaycan gənclərinə təbliğ edilməsidir.

Layihənin ideya müəllifi Ramil Qasımov, səs rejissoru Cavid Cavadoğlu, aranjemançı Coşqun Qadaşov, vokal üzrə müəllimi İnarə Babayeva və prodüseri Fərid Mərddir.

Sosial videoçarxda Mədinə Ağayeva, Emin Məmmədov, Rəşad Ağayev, Əntiqə Yusifova, Kənan Məmmədzadə yer alıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar