Ru
12:17 / 19 Noyabr 2025

Milli Qəhrəman anası vəfat etdi – Oğlu və nəvəsi eyni taleyi yaşadı

Milli Qəhrəman anası vəfat etdi – Oğlu və nəvəsi eyni taleyi yaşadı
Eye

Milli Qəhrəman Ərəstun Mahmudovun anası vəfat edib.

Bakupost.az xəbər verir ki, şəhidin anası Sufayi Mahmudova 90 yaşında yaşadığı İsmayıllının Pirəbilqasım kəndində dünyasını dəyişib.

Uzun müddət idi Sufayi Mahmudovanın səhhətində problemlər var imiş.

Qeyd edək ki, Ə.Mahmudov 1957-ci ildə anadan olub, Leninqrad vilayətində Mülki Aviasiya Məktəbini bitirib. O, Birinci Qarabağ müharibəsində helikopterin bort mexaniki kimi iştirak edib. Onun cəbhəyə son uçuşu 1992-ci ilin yanvarın 28-də olub. Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mi-8 helikopteri erməni separatçıları tərəfindən raketlə vurulub. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak olub.

Milli Qəhrəmanın oğlu, bort operatoru olan Elnur Mahmudov da atasının taleyini yaşayıb. Belə ki, 30 yaşlı E.Mahmudov 2011-ci ilin iyulun 6-da Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar