Ru
11:19 / 11 Aprel 2022

Mirşahin yazıçıları, rejissorları... “topa tutdu” - "Sizin əvəzinizə Prezident yazmalıdır?" - VİDEO

18190
“Real TV”nin rəhbəri, jurnalist Mirşahin Ağayev qələm sahiblərini sərt tənqid edib.


Bakupost.az –ın məlumatına görə, o "Mir Şahinin vaxtı" layihəsində çıxış edərkən onların Vətən Müharibəsindəki qələbəmizlə bağlı əsərlər yaratmamalarından şikayətlənib:


“Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar?
Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi. Gərək üstündən xeyli keçsin, mövzu oturuşsun və s. İndiki qələbəmiz var. Özü də necə bir qələbəmiz... Dünyaya nümunə olan. Hamı bu qələbəni öyrənir, tətbiq edir. Bəs hanı bizim “den pobedimiz”?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?! Hara qeyb olmusuz? Kompleksdən çıxın hörmətli qələm sahibləri.
Yazın, qələbəmizi vəsf edin! Yazın... İnsanlar şəhid olub, əlini-qolunu, gözünü itiriblər. Azərbaycanın qalibiyyətinə layiq olmağa çalışın. Noyabrda Qələbəmizin 2 ili olacaq. Amma 2 əsərimiz belə yoxdur. Onu da Prezident yazmalıdır? Azərbaycanın qələbəsi heç də Lev Tolstoya “Hərb və sülh” yazdıran qələbədən əskik deyil. Əksinə artıqdır. Bəlkə əskik olan sizsiz?! Əgər belə deyilsə, sübut edin”.


Daha ətraflı videomaterialda:




BakuPost
Şərhlər
  • t.ədalət

    Mir Şahinin bu yazısı onun da tükəndiyini göstərir.Bir tərəfdə "Real-tv"-nin maliyyə mənbəyi itir,ikinci tərəfdə isə Mir Şahinin "quraşdırma" ideyaları iflasa uğrayır.Onu da deyək ki,artıq Mir Şahinlə,onun ortaya "tulladığı" fikirlərlə heç kim maraqlanmır..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər