Ru
14:06 / 28 Yanvar 2026

Mişarçayda suyun səviyyəsi maksimum həddə çatır

Mişarçayda suyun səviyyəsi maksimum həddə çatır
Eye

Son günlər yağan qarın sürətlə əriməsi çaylarda sululuğun artmasına səbəb olub.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Cəlilabad rayonundan keçən Mişarçayda suyun səviyyəsi maksimum həddə yaxınlaşıb.

Çay üzərində yerləşən 4 su anbarı və 2 su tutarın hamısı dolub. Bu səbəbdən anbarlara daxil olan sular məcraya buraxılır. Hazırkı saatlara qədər çayın məcrasından çıxması halı qeydə alınmasa da, məcraya nisbətən yaxın bəzi çökək ərazilərə doğru suyun sızması müşahidə olunur.

Hazırda mümkün su basmalarının qarşısının alınması məqsədilə əksər qəza çıxışları aktiv vəziyyətə gətirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar