Ru
14:19 / 28 Yanvar 2026

"TikTok"da dələduzluq edən "hüquqşünas" həbs olundu

"TikTok"da dələduzluq edən "hüquqşünas" həbs olundu
Eye

TikTok platformasında “Hüquq mərkəzi” adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.

Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərlinin məlumatına görə, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə görə Cinayət Məcələsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manatının ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.

S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar