Ru
18:01 / 23 May 2019

Misir Prezidenti Azərbaycan xalqını təbrik etdi

3549
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.


Bakupost xəbər verir ki, təbrikdə deyilir: "Bizə dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. 

Xalqınızın ümid və arzularının həyata keçirilməsində Sizin uğurlarınızın davamlı olmasını ürəkdən arzulayıram.


Fürsətdən istifadə edərək, dost xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə qarşılıqlı əməkdaşlığımızın inkişaf etdirilməsinə ümidvar olduğumu bildirmək istərdim.


Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər