Ru
15:18 / 21 Yanvar 2026

MKİ Latın Amerikası ölkələrinə fokuslanıb – Sirlər üzə çıxır

MKİ Latın Amerikası ölkələrinə fokuslanıb – Sirlər üzə çıxır
Eye

ABŞ nin Venesuelaya qarşı son əməliyyatları zamanı Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ) ölkə daxilində gizli fəaliyyət göstərdiyi və xüsusi əməliyyat qüvvələrinə dəstək verdiyi iddia edilir. Bu məlumat ABŞ lı məmurların “The New York Times”a (NYT) söylədiyi açıqlamalara əsaslanır.

Bakupost.az NYT-yə istinadən xəbər verir ki, MKİ-nin gizli heyəti Venesuela lideri Nikolas Maduronu aylarla müşahidə edib və onun hərəkətləri barədə məlumat verə biləcək şəxsləri ələ alıb. Əməliyyat öncəsi və zamanı əldə olunan kəşfiyyat məlumatları ABŞ ordusundakı komandanlara ötürülüb.

Üst səviyyəli Ağ Ev rəsmisi müəyyən əməliyyatların mahiyyətini təsdiqləməkdən imtina etsə də, mənbələr MKİ nin hərbi əməliyyatlara dəstək verdiyini bildirib. Bu, təlimatların sadəcə gizli kəşfiyyat səviyyəsində qalmadığını, əksinə müdaxilənin planlaşdırılmasında və sürdürülməsində əhəmiyyətli rol oynadığını göstərir.

Analitiklər hesab edir ki, MKİ yenidən Latın Amerikası strategiyasına fokuslanıb və bu dəfə daha aqressiv davranır. ABŞ Kəşfiyyat Direktoru Con Ratkliff ötən il yanvarın 23 də vəzifəsinə başlayandan sonra agentliyin regiondakı kəşfiyyat fəaliyyətləri və personal sayını artırdığı bildirilir.

Yanvarın 3 ü ABŞ ordusunun Venesuelanın paytaxtı Karakasda genişmiqyaslı əməliyyat nəticəsində Maduro və həyat yoldaşının ələ keçirildi. Bu əməliyyat ABŞ tərəfindən “qanunsuz narkotik trafiki və təhlükəsizlik təhdidlərinə qarşı mübarizə” kimi izah edilsə də, beynəlxalq ictimaiyyət bu müdaxiləni ciddi şəkildə qınadı.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar