Ru
15:16 / 18 İyul 2026

Moldovalı hakim yenə Azərbaycan klubunun oyununa təyinat aldı

Moldovalı hakim yenə Azərbaycan klubunun oyununa təyinat aldı
Eye

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə"nin Estoniyada "Payde"yə qarşı keçirəcəyi görüşün hakimləri açıqlanıb.


"Bakupost" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı moldovalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Roman Jitari olacaq. Moldovalı referi azərbaycanlı futbol azarkeşlərinə yaxşı tanışdır. O, iyulun 9-da UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) matçının (3:0) baş hakimi olub.

Xatırladaq ki, "Payde" - "Zirə" oyunu iyulun 23-də, təkrar qarşılaşma isə bir həftə sonra keçiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar