Ru
23:11 / 16 Fevral 2026

Moskvada dəhşət: azərbaycanlı ər-arvad pəncərədən atıldı, 5 yaşlı uşaq şahid oldu

Moskvada dəhşət: azərbaycanlı ər-arvad pəncərədən atıldı, 5 yaşlı uşaq şahid oldu
Eye

Rusiyanın paytaxtında faciəvi hadisə baş verib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Moskvada yerləşən yaşayış komplekslərindən birinin həyətində azərbaycanlı ailənin – ər və arvadın meyitləri aşkarlanıb.

Məlumata görə, hadisə Yeni Moskva ərazisindəki “Salarievo-Park” yaşayış massivində qeydə alınıb. Həlak olanların Vasif və Aygün adlı həyat yoldaşları olduğu bildirilir. Onların pəncərədən özlərini atdıqları ehtimal edilir.

Ən sarsıdıcı məqam isə faciənin ailənin 5 yaşlı övladının gözü qarşısında baş verməsidir. Hadisə zamanı uşaq evdə olub və hazırda onunla psixoloqlar işləyir. Ümumilikdə ailənin üç azyaşlı övladı qalıb.

Məlumata əsasən, cütlük geyim və alt paltarı mağazasının sahibi olub. Biznes fəaliyyətlərinə əvvəlcə Xantı-Mansiysk Muxtar Dairəsində başlayıblar, daha sonra Moskvaya köçərək evlərinin yaxınlığında mağaza açıblar.

Faciənin motivi hələlik açıqlanmır, hüquq-mühafizə orqanları araşdırma aparır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar