Ru
13:06 / 17 Fevral 2018

Moskvada meyiti tapılan azərbaycanlı uşağın atası danışdı - İlginc faktlar

Moskvada meyiti tapılan azərbaycanlı uşağın atası danışdı -  İlginc faktlar
Eye

 

Ötən gün Moskvada uşaq bağçalarının birində vəfat etmiş azərbaycanlı qızın atası Niyazi Rzayev qızın ölümü haqqında təfərrüatları açıqlayıb.



BakuPost Rusiya mətbuatına istinadən xəbər verir ki, qız digər uşaqlarla açıq havada olarkən huşunu itirib.



N.Rzayev qeyd edib ki, 1 ay əvvəl uşağın analizlərini verib və tamamilə sağlam çıxıb. 



Uşağın atası daha bir maraqlı faktı açıqlayıb. O, qızının tərbiyəçilərdən xoşu gəlmədiyini qeyd edib.



Hazırda qızın ölümü ilə Rusiya İstintaq Komitəsi cinayət işi başlayıb.



Qeyd edək ki, bağça tərbiyəçilərinin sözlərinə görə, onlar 25 uşaqdan ibarət qrupu gəzintiyə çıxarıb. Bir müddətdən sonra Zəhra Rzayevanın qrupda olmadığı məlum olub. Onu qısa müddət sonra qarda huşsuz vəziyyətdə tapıblar.



Uşaqlar bildirib ki, qız onların daha əvvəl oynadığı evə gedib, oyuncaqları götürmək istəyib.



Bağçaya təcili yardım çağırılıb. Bütün səylərə baxmayaraq Z.Rzayevanı xilas etmək mümkün olmayıb.

 

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar