Ru
10:27 / 25 Noyabr 2025

Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – VİDEO

Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – VİDEO
Eye

Moskvada 16 yaşlı Azərbaycan əsilli yeniyetmə ticarət mərkəzinin mühafizəçilərinə və polislərə hücum edib. Hadisə noyabrın 23-də baş verib.

Bakupost.az “Moskovskiy Komsomolets”ə (“MK”) istinadən xəbər verir ki, informasiya texnologiyaları kollecinin birinci kurs tələbəsi axşam namazını Orехovı bulvarındakı ticarət kompleksində qılmaq istəyib. O, alıcılara məhəl qoymadan xalçasını sərərək dua etməyə başlayıb.

Bunu görən iki mühafizəçi tələbəyə yaxınlaşaraq namazı dayandırmağı tələb ediblər. Bundan qəzəblənən gənc mühafizəçilərdən birinə bıçaqla hücum edib. İki dəfə bıçaq zərbəsi endirən tələbə hadisə yerindən qaçıb. Yaralı mühafizəçi xəstəxanaya aparılıb.

Hadisəni törədənin axtarışına başlayan polislər şübhəlini “Domodedovskaya” metro stansiyası yaxınlığında tutublar. Bu zaman yenidən bıçağa əl atan gənc 27 yaşlı polis baş leytenantını qolundan yaralayıb. Polislər cinayətkarı zərərsizləşdiriblər.

Məlum olub ki, saxlanılan şəxs əslən azərbaycanlıdır. O, bu yaxınlarda valideynləri ilə birlikdə Moskva bölgəsinə köçüb və kollecə daxil olub.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar