Bakıda yük avtomobili ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.
Bakupost.az xəbər verir ki, 2003-cü il təvəllüdlü, Rusiya Federasiyası vətəndaşı Ələkbərov Emil Elşən oğlu idarə etdiyi "Haojue HJ150-6" markalı motosikletlə Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Yasanov Əli Allahverdi oğlunun idarə "Hyundai HD-65" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.