Ru
09:46 / 16 Yanvar 2026

Polis əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO

Polis əməliyyat keçirdi - Saxlanılanlar var - FOTO
Eye

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 25 yaşlı Eşqin Ələkbərov və həmyaşıdı Seymur Zeynalov saxlanılıblar.


Bakupost.az xəbər verir ki, E.Ələkbərovun yaşadığı ünvana baxış keçirilən zaman oradan 3 kiloqram 200 qram marixauana və 3 kiloqram 350 qram həşiş aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayonu ərazisində gizlədilən narkotikləri satmaq məqsədilə əldə ediblər.

Faktla bağlı cinayət işi başlanıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar