İran hakimiyyət orqanlarının ölkədəki kütləvi etirazlar zamanı həlak olmuş şəxslərin cəsədlərini geri qaytarmaq üçün ailələrindən yüksək məbləğdə pul tələb etdiyi bildirilir.
Bakupost.az “BBC”-yə istinadən xəbər verir ki, həmin məbləğin şəhərlərə görə dəyişdiyi qeyd olunur. Məsələn, Rəştdə bu rəqəm 700 milyon tüməndirsə (təxminən 5 000 dollar), Tehranda 1 milyard tümənə (təxminən 7 000 dollar) çatır.
Bu məbləğlərin adi iranlı ailələr üçün əlçatmaz səviyyədə olması vurğulanır. Orta əməkhaqqının 100 dollardan aşağı olduğu ölkədə bu rəqəmlər fantastik sayılır.
“BBC”-yə danışan bir ailə üzvü təhlükəsizlik qüvvələrinin ödəniş alınmayan cəsədləri gizli şəkildə basdırdıqlarını bildirib.
Cavid, BakuPost