Ru
09:57 / 16 Yanvar 2026

Yaxın Şərq terrorçuları İran küçələrində – FOTO

Yaxın Şərq terrorçuları İran küçələrində – FOTO
Eye

Xəbər verdiyimiz kimi, İran rejimi Yaxın Şərqdə maliyyələşdirdiyi proksi-qüvvələri ölkəyə gətirib.

Bakupost.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə və bir sıra xarici media resurslarında İranın müxtəlif şəhərlərində həmin silahlıların hərbi avtomobillərlə küçələrdə hərəkət etdiyini əks etdirən görüntülər yayılıb.



Paylaşılan videolarda pikap və zirehli nəqliyyat vasitələrinin üzərinə pulemyot quraşdırıldığı, avtomobillərdə avtomatik silahlarla təchiz olunmuş yaraqlıların olduğu görünür. Görüntülər paytaxt Tehran, Təbriz və başqa böyük şəhərlərdə çəkilib.

Xarici müşahidəçilər və regional analitiklər bildirir ki, sözügedən silahlı qruplar İran təhlükəsizlik strukturlarına – o cümlədən “Bəsic” və İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı muzdlu yaraqlılardır.



Məlumatlara görə, silahlı qüvvələrin şəhər daxilində açıq şəkildə nümayiş etdirilməsi ölkədə artan ictimai gərginlik və təhlükəsizlik riskləri ilə əlaqədar etirazçıları qorxutmaq kimi qiymətləndirilir. İran hakimiyyəti isə bu addımı “ictimai asayişin qorunması” kimi izah etməyə çalışır.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar