Ru
12:34 / 23 Sentyabr 2021

MTN generalına qarşı 800 minlik iddia qaldırıldı

1371
Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Bakupost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, zərərçəkmiş Mirzəli Yusifov mülki iddia qaldırıb. O, təqsirləndirilən şəxslərdən 315 min ABŞ dolları (535 500 manat) maddi ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib.

Daha sonra N.Şirinovun vəkili vasətətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Dövlət ittihamçısı isə vəsatətin qəbul edilməməsini istəyib. Prokurorun sözlərinə görə, istintaq zamanı əldə edilən materiallar ona dəlalət edir ki, N.Şirinovun ev dustaqlığına ehtiyac yoxdu: “Səhhəti ilə bağlı da təyin edilmiş ekspert qrupunun rəyinə əsasən, onun təcridxanada cəzasını çəkməsində heç bir problem yoxdu”

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası oktabrın 7-nə təyin olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər