Ru
12:00 / 02 Sentyabr 2022

Müdafiə Nazirliyinin daha bir zabiti saxlanıldı - “General tək deyil...”

Müdafiə Nazirliyinin daha bir zabiti saxlanıldı - “General tək deyil...”
Eye

Müdafiə Nazirliyinin daha bir zabiti saxlanılıb.


Bu barədə Bakupost.az -a hərbi polisin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Hərbi ekspert həmin zabitin də, “Tərtər işi” ilə bağlı saxlanıldığını güman edir:




“Bildiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İstintaq qrupu bunu araşdırır. General həbs olunması ilə bağlı açıqlama verməli idilər. Bəlkə də istintaq qrupu açıqlamamağı məsləhət bilib.

Mən də hamı kimi sosial şəbəkələri izləyirəm. Oradan aldığım məlumata əsasən, təkcə general deyil, başqa bir zabit də həbs olunub. Onun təhqiqatçı olduğu deyilir. Beyləqanda Müdafiə Nazirliyinin Təhqiqat şöbəsinin zabiti olub”.



Fərid
Baku Post


Həmçinin oxuyun:




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar