ABŞ-ın Texas ştatında təbiət elmləri müəlliməsi xəstə pişiyi ilana yedirtməkdə ittiham olunub.
Bakupost.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Heyvansevərlərin məlumatına görə, müəllimə sinfə dörd xəstə pişik balası gətirib və onlardan birini ilana verib. Hadisədən sarsılan şagirdlərdən biri digər pişikləri evinə aparıb.
“Əgər deyilənlər doğrudursa, uşaqlara mərhəməti öyrətməli olan pedaqoq pişikləri məktəblilərin gözü qarşısında əzaba məruz qoyub”, – heyvan hüquqları müdafiəçiləri bildirib.
Alvord dairəsinin superintendenti Rendi Braun insidentin baş verdiyini təsdiqləyib, lakin pişiyin ilana şagirdlərin iştirakı olmadan yedizdirildiyini qeyd edib. Onun sözlərinə görə, məsələni polis və heyvanlara nəzarət xidməti araşdırıb, amma müəlliməyə qarşı cinayət işi qaldırılmayıb.
Müəllimə üzr istəyib və bütün ilanları könüllü şəkildə sinifdən çıxarıb. Lakin çoxlu sayda şagird və valideyn baş verənlərin yeniyetmələrdə ağır psixoloji izlər buraxdığını deyib (bizim.media).