Ru
14:40 / 08 Fevral 2017

Ömürlük həbs olunanlar azadlığa necə çıxa bilər?

Ömürlük həbs olunanlar azadlığa necə çıxa bilər?
Eye

Rəsmi statistikaya
görə, Azərbaycanda 250 nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxs var. Ömürlük
məhbuslar arasında 25 ildir cəza çəkənlər, hətta yaşı 70-i keçənlər də var.


Bəs
ömürlük həbs cəzası alan şəxslər azadlığa necə çıxa bilər?



BakiPost.aztia.az-ın bu mövzuda hazırladığı materialı təqdim edir:



Müxtəlif
cinayətlər törətmiş məhbuslar qanunvericiliyə əsasən həyatlarının bir qismini dəmir
barmaqlıqlar arasında keçirməyə məhkum olunur.



Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrum
etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət,
ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş
xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. Ömürlük həbs cəzası qadınlara,
18 yaşına çatmamış şəxslərə və ömürlük həbs barədə hökm çıxarılana qədər 65
yaşına çatmış kişilərə şamil olunmur. Ölüm hökmü Milli Məclisin 1998-ci ildə qəbul
etdiyi qərara əsasən ləğv olunub və bu cəza ömürlük həbslə əvəzlənib. Bu
qanunun qəbul olunması ilə bağlı mərhum prezident Heydər Əliyev 1998-ci il
fevralın 3-də Milli Məclisə müraciət edib. Bundan sonra Milli Məclisdə müzakirə
keçirilib və fevralın 10-da qanun qəbul olunub. Həmin qanunun 4-cü bəndində
deyilir: "Bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin
cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin". Qanun
1998-ci il fevralın 21-də qüvvəyə minib. Ömürlük məhbusa çevrilmiş şəxslərin cəzaları
ilə bağlı Avropa Şurası Parlament Assambleyasının 2007-ci il aprelin 16-da qəbul
etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa
çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə etmişdi. Qətnamənin
8.9-cu bəndində qeyd olunur ki, ölüm cəzasının ləğvi ilə əlaqədar yaranmış
problemlərin həlli üçün hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun
geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına müvafiq cəza təyin edilməlidir.


"Konstitutsiya” Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Əfv Komissiyasının əsasnaməsinə görə ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cəzalarından 10 il keçəndən sonra onlar əfv üçün müraciət etmək hüquqlarına malikdirlər:


 


"Azərbaycanda praktikadan gördüyümüz kimi ömürlük azadlıqdan məhrum edilmiş şəxslər cənab Prezidentin sərəncamı ilə azadlığa çıxıblar. Şəxsin ömürlük azadlıqdan məhrum edilməsi o demək deyil ki, şəxsin gələcəkdə hər hansı bir formada azadlığa çıxma imkanı təmamilə tükənir, bu məsələyə burda nöqtə qoyulur. Xeyr, bu belə deyil! Azərbaycan qanunvericiliyi humanist bir qanunvericilikdi və hər kəsə də azadlığa çıxma imkanını tanıyır və o imkanı da yaradır. Sadəcə olaraq, burda bütün hallarda ömürlük azadlıqdan məhrum olmuş şəxslər ərizə ilə müraciət etməlidir. Bütün bu məsələlər ətraflı, dəqiq surətdə öyrənilməlidir. Eyni zamanda burda zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Bütövlükdə Azərbaycan cəmiyyətinin də maraqları bu maraqlar arasındadır və balansa uyğun olaraq da qərarlar qəbul edilməlidir. Praktikada biz ömürlük azadlıqdan məhrum edilmişlərin işi ilə bağlı məhkəmə qərarlarının da dəyişdiyinin şahidi olmuşuq. Həmçinin bildiyim qədər ömürlük azadlıqdan məhrum edilənlərin işlərinə bir daha baxılır. 20 il və daha artıq cəza çəkmiş insanların məsələləri onların müraciətləri olduğu təqdirdə aydınlaşır və öyrənilir. Bəzilərinin müraciətləri var, məsələlər öyrəniləcək və  qanunauyğun müvafiq qərarlar da qəbul ediləcək”.

 

HMTMQ üzvü, İnsan Hüquqları və Qanunçuluğa riayət olunması bürosunun rəhbəri Səidə Qocamanlının sözlərinə görə, ömürlük həbs cəzasına məhkum olanların cinayəti də çox ağır olur:

 

 

 

"Biz bununla bağlı kifayət qədər uzun müddətdir ki, iş aparırıq. Çünki ömürlük cəza çəkənlərin arasında artıq çox xəstə olanlar, cəzalarının 20 ildən çoxunu Qobustan həbsxanasında çəkən çox yaşlı qoca insanlar da var. Onların cinayətləri nə qədər ağır da olsa da, eləsi var ki, bu cinayətlərindən çox peşmandırlar və kifayət qədər öz cəzalarını çəkiblər. Eləsidə var ki, onların ömürlük cəzalarını 25 ilə kimi salmaq olar. Yəni bütün bu problemlərlə bağlı işlərimiz davam edir”.

 


İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay bildirib ki, ümumiyyətlə, ədalətli cəza onun ağırlığı ilə yox, törədilən cinayətə adekvat olması ilə ölçülür:

 

 

 

"20 il cəza kənardan çox görsənə bilər. Amma törədilən cinayət, məsələn, azyaşlı körpələrin, hamilə qadının diri-diri yandırılıb, öldürülməsi kimi əməllər baş verdiyində, düşünürsən ki, bu cəza hələ azdı. Yəni, elə cinayətlər var ki, onu törədənə ən ağır cəza verməmək olmur. Ən ağır cəza isə müxtəlif ölkələrin qanunlarında müxtəlif cür olur. Bəzilərində asılma, güllələnmə, elektrik stulunda edam və s. Bunlara baxanda, cinayətkarın sağ qalıb ömürlük cəza alması təbii ki, xeyli humanistlikdir. Azərbaycanda ölüm cəzası ləğv edildikdən sonra humanist Avropa Konvensiyasına qoşulub. Üstəlik, bizim ölkədə ömürlük cəza çəkən həbsinin xeyli hissəsini çəkəndən sonra Prezidentin əfvi ilə 25 ilə və adi həbs çəkənlər kimi sonradan daha da azalma imkanlarına malik olur. Amma cəzanın maksimum cəmi 25 il olması çox nadir ölkələrdədir, o da məncə cəzanın cinayət əməlini tamamlanmaması kompleksini yaradar və bu da xüsusilə, ağır, antibəşəri cinayətlərin artmasına gətirib çıxarar. Onu da qeyd edim ki, ağır cinayətlərdəki əməl yalnız zərərçəkən şəxsə ya obyektə yönəlmir. Həm də cəmiyyətə və dövlətçiliyə zərər vurmuş hesab edilir. Yəni, cəmiyyətdə bu əməllə heysiyyat və tərbiyə pozuntusu yaratmış hesab olunur və dövlətçiliyin qanuni əsaslarına ziyan vurmuş sayılır. Ona görə də ağır bıçaqlanmış zərərçəkən, ya da ölənin doğmaları cinayət törədəni hətta bağışlasalar belə, dövlət bağışlamır və cəza verir.  Ona görə ağır cinayət əməllərinin müvafiq dərəcədə cəzalandırılması tarazlığı hesabına dövlət və cəmiyyət öz qanun məkanını və sabitliyini saxlayır”. 


Bakı Post

Ömürlük həbs olunanlar azadlığa necə çıxa bilər?
Ömürlük həbs olunanlar azadlığa necə çıxa bilər?
Ömürlük həbs olunanlar azadlığa necə çıxa bilər?
Şərhlər
  • Əliyev Vüqar İlqar oglu

    Hörmətli komissiya üzvləri sizlerden artıq dərəcədə ailəm və öz adımdan xaiş ediriki atam Əliyev İlqar Murtuz oğlunun işində də baxasiz artıq 26 ildirki ömürlük hepisdedir sizderden Allah rızası üçün atam İlqar üçün bir köməklik göstərməyinizi xaiş edirik

  • MemmedeliyevaEzize Ezize

    Salam Hormetli Elimemmed Nuriy,ev Ilqar Altay. , Seide Qocamanli , sizin cixishinizi okudum. Menim qardashim Memmedeliyev Sahib Nureddin oglu 27 ildir Qobustan hebsxanasinda omurluk ceza çakir.Xeste aglamaqdan gözleri kor olmush ana umidle yol gözleyir. Qeyd edim ki qardashim 5 il torpaqlarimizin mudafiesinde fealliq gosterib. Maraqlansaniz girersiniz ki, onun ucun verilen ceza cox haqqsiz olub.Biz qardashimin ishi ile bagli tez tez hormetli prezidente muraciet edirik.Sizden xahish edirem bu meseleye baxin. Seide xanim yazib omurluk ceza cekenlerin ıslhine baxilir.Umidle gözleyir.ik..

  • Orxan

    Mence omurluk bele olsun pesman hissi yasayirsa tebiyiki bu 15 il ceza ceksin cunku insan toretdiyi cinayeti neyinki 15 il 7 hefte bele pesman olur xais edirem eff edin uzagi 15 il cezalarini ceksinler insanlig namine menimde emim var omirluk ceza veribler emim doyusde oqeder trama alibki onu pis cixmasin qantujni olub hekime ehtiyaci varmis elinden xata cixib vaqif huseynov ismayil oglu berde li dir cox zulum cekib yarim can qalib muharibede xais edirem qerar verenlerden omurluk ceza vermeyin 15 il verin

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar