Ru
14:48 / 23 May 2026

Müsəlman ruhani liderlər bir-bir tutulur: Kreml nə etməyə çalışır?

Müsəlman ruhani liderlər bir-bir tutulur: Kreml nə etməyə çalışır?
Eye

Federal Təhlükəsizlik Xidməti(FSB) tərəfindən Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin liderlərinə qarşı başlanılan həbslər son dövrlər intensiv xarakter almağa başlayıb.
Xarici mətbuatın yazdığına görə, saxlanılanlar idarənin rəhbəri müfti Ravil Qaynutdinin yaxın adamlarıdır. Son saxlanılan şəxslər “Şimal-Qərb Müsəlman İcması” təşkilatının sədri Məhəmməd Henni və inquş ilahiyyatçısı Əhməd Tangiev olub.

Daha əvvəl eyni dalğa çərçivəsində Mordoviya müftisi Rail Asainovun, Kareliyanın keçmiş müftisi Visam Ali Bardvilin, habelə Saratov vilayəti müftisinin müşavirinin saxlanıldığı bildirilir. Rusiya KİV-ləri qeyd edir ki, saxlanılanların əksəriyyəti bu və ya digər şəkildə Rusiya Ruhani İdarəsi ilə əlaqəlidir.
Hakimiyyətə yaxın blogerlərin iddiasına görə, bəzi fiqurantların Rusiyada qadağan olunmuş “Müsəlman Qardaşları” təşkilatı və xarici strukturlarla mümkün əlaqələri araşdırılır.
Bu iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Siyasi şərhçi Taleh Əliyev Bakupost.az-a bildirib ki, son zamanlar Ukrayna ordusunun Rusiyaya qarşı həyata keçirdiyi ciddi əks-həmlələr bu ölkə cəmiyyətində Putin hakimiyyətinə qarşı inamsızlıq və narazılıq dalğasını gücləndirib: “Bunun fərqində olan Kreml artıq aqoniya vəziyyətindədir. Rəsmilər ölkənin daxildə daha ciddi kataklizmlərlə üzləşə biləcəyindən ehtiyatlanır”.

Həmsöhbətimizin sözlərinə görə, bu fonda da Kreml dini və bəzi etnik qrupları hədəf seçib:

“Qərb və Rusiyanın özü də uzun müddət müsəlman icmasından müxtəlif ölkələrdə təzyiq aləti kimi faydalanıb. Sovet imperiyasının dağılmasından sonra Rusiya ərazisində yaşayan müxtəlif müsəlman xalqları arasında Səudiyyə Ərəbistanına bağlı dini dairələrin təsir gücü artıb. Son illər habelə müxtəlif ölkələrdə “Müsəlman qardaşları” ideologiyası daşıyıcılarının aktivləşməsi də müşahidə olunur. Rusiya hakimiyyəti bu baxımdan ölkədəki real vəziyyət barədə tam məlumatlıdır. O baxımdan bəlkə də Rusiyada dini-radikal qrupların aktivləşməsilə bağlı hansısa bir əməliyyat məlumatları mövcuddur. Ola bilsin bu səbəbdən də hakimiyyət bəzi qabaqlayıcı addımlar atmağa çalışır”.

Amma bununla belə, T.Əliyevin fikrimcə, baş verənlər dini-milli etnik qruplar tərəfindən Rusiya hakimiyyətinə qarşı real təhlükədən daha çox, Kremlin özünün aqoniya vəziyyətində olmasının nəticəsidir:

Ekspert hesab edir ki, başlanan proses böyük ehtimalla Rusiyada yaşayan müxtəlif etnik qruplara qarşı da oxşar represiyaların baş verməsi risqini artıracaq:

“Hadisələr bu istiqamətdə inkişaf edərsə, daxili narazılıq vətəndaş müharibəsi həddinə qədər inkişaf edə bilər”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar