Ru
01:30 / 30 İyul 2025

Müsəlmanları təhqir edən erməni bloqerin həbs müddəti uzadıldı

Müsəlmanları təhqir edən erməni bloqerin həbs müddəti uzadıldı
Eye

Ekstremizmə çağırış və milli zəmində nifrətin qızışdırılmasında təqsirləndirilən erməni bloqer Areq Şepixində qarışıq şəxsiyyət pozuntusu aşkarlanıb.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moskvanın Presnensk Rayon Məhkəməsində oxunan sənədlərdə qeyd olunub.

Məhkəmə təqsirləndirilən şəxsin həbs müddətinin daha altı ay - 2026-cı il yanvarın 22-dək uzadılması barədə qərar çıxarıb.

Xatırladaq ki, erməni bloqer sosial şəbəkələrdə Dağıstan, Çeçenistan sakinlərini və ümumilikdə müsəlmanları təhqir edən paylaşımlar edib. O, Rusiya hökumətini müsəlmanlara və yəhudilərə qarşı nasist ideologiyasına əsaslanaraq "proqramlaşdırmağa" çağırıb.

Bu paylaşımlardan sonra bir qrup şəxs onu zorla avtomobilə mindirərək naməlum istiqamətə aparıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar