Ru
11:05 / 02 Mart 2026

“Müttəfiqlərimiz İran məsələsində acizdir” – ABŞ senatorundan ittiham

“Müttəfiqlərimiz İran məsələsində acizdir” – ABŞ senatorundan ittiham
Eye

ABŞ senatoru, Cənubi Karolinanı təmsil edən respublikaçı Lindsi Qraham Avropanın üç aparıcı dövlətinin İranla bağlı mövqeyini kəskin tənqid edib.

Bakupost.az “The Hill”ə istinadən bildirir ki, senator Almaniya, Fransa və Böyük Britaniya liderlərinin son hərbi zərbələrə reaksiyasını “acınacaqlı” adlandırıb.

ABŞ ordusu İsrail qüvvələri ilə birlikdə şənbə günü səhər saatlarında “Epik Qəzəb” (“Operation Epic Fury”) adlanan birgə hərbi əməliyyat həyata keçirib. ABŞ prezidenti Donald Trump əməliyyatı sosial şəbəkədə yayımladığı videomüraciətdə elan edərək bildirib ki, hücum Amerika xalqını qorumaq və İran rejimindən gələn qaçılmaz təhdidləri aradan qaldırmaq məqsədi daşıyır.

Zərbələrdən sonra Almaniya, Fransa və Böyük Britaniya liderləri birgə məktub yayaraq tərəfləri gərginliyi azaltmağa və İranın nüvə proqramı ilə bağlı danışıqlara qayıtmağa çağırıblar. Məktubda “danışıqların bərpasına” çağırış edilir və İran rəhbərliyinə “müzakirə yolu ilə həll” axtarmaq tövsiyə olunur. Liderlər həmçinin bildiriblər ki, İran xalqına öz gələcəyini müəyyənləşdirmək imkanı verilməlidir.

İrana qarşı sərt xətt tərəfdarı kimi tanınan Qraham isə bu mövqeni kəskin tənqid edib. O, sosial platforma “X”də yazıb ki, Avropa liderləri İran xalqına dəstək verməkdən imtina etməklə səhv edir və danışıqların davam etdirilməsini təklif etmələri yanlışdır. Senator çıxışında İran rejimini sərt ifadələrlə tənqid edib və ABŞ prezidentinin etirazçıların çağırışını eşitdiyini bildirib.

Qraham Avropa müttəfiqlərinə müraciətində onların şər qüvvələrlə mübarizə əzmini itirdiyini iddia edib və reaksiyanı çox kədərli adlandırıb.

Bu açıqlamalar fonunda Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası zərbələrlə bağlı fövqəladə iclas keçirməyə hazırlaşır. İclasın Fransa prezidenti Emmanuel Makron tərəfindən irəli sürülən çağırışdan sonra təşkil ediləcəyi bildirilir. Makron daha əvvəl hücumları pisləyərək hərbi əməliyyatın daha geniş müharibə riskini artırdığını vurğulayıb.

ABŞ Konqresində isə zərbələrə münasibət əsasən partiya xətləri üzrə bölünüb: respublikaçıların əksəriyyəti əməliyyata dəstək verib, demokratların bir qismi isə addımı tənqid edib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar