Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın neft tankerlərinə qarşı genişmiqyaslı təxribat törətmək üçün NATO müttəfiqlərini cəlb etməyi planlaşdırır.
Bakupost.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu məlumat yayıb.
Qeyd olunur ki, Britaniyanın planına əsasən, bu kampaniyanın həyata keçirilməsi bir və ya bir neçə tankerə qarşı səs-küylü insidentlə başlanmalıdır. Plana görə, elə bir miqyasda “reyd” təşkil olunmalıdır ki, onun nəticəsində dəyən zərər Rusiyanın “kölgə donanması” ilə neft daşımalarının bütün beynəlxalq dənizçilik üçün təhlükə kimi təqdim olunmasına imkan versin.
XKX əlavə edib ki, bu, Qərb ölkələrinin mübarizə üsullarını seçməkdə əl-qolunu açacaq.
Söhbət beynəlxalq sularda hərəkət edən “şübhəli” gəmilərin saxlanılmasından və onların NATO-ya üzv ölkələrin limanlarına müşayiət olunmasından gedə bilər.
Lalə,
BakuPost