Ru
16:58 / 03 Oktyabr 2025

Naxçıvanda gizir 15 yaşlı oğlana dəfələrlə təcavüz etdi

Naxçıvanda gizir 15 yaşlı oğlana dəfələrlə təcavüz etdi
Eye

Naxçıvanda tiktokda tanış olduğu 15 yaşlı oğlana dəfələrlə seksual xarakterli hərəkətlər edən gizirə 9 ay həbs cəzasının verilməsi müzakirə mövzusuna çevrilmişdi.

Bakupost.az “Qafqazinfo”ya istnadla xəbər verir ki, Naxçıvan Ali Məhkəməsi iki ay əvvəl verilmiş həmin hökmü dəyişib.

Məhkəmə zərərçəkmiş şəxsin yaxınlarının və prokurorun şikayətlərini əsaslı hesab edib. Hakimlər birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilmədən müttəhimə belə aşağı cəza təyin edilməsini qanun pozuntusu kimi qiymətləndirib.

Yeni qərarla mənfi xarakterizə edilməklə ordudan xaric edilmiş gizir Sənan Pənahovun cəzası 9 aydan 2 ilə qaldırılıb.

Qeyd edək ki, S.Pənahova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham olunub. Həmin maddənin sanksiya həddində 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar