Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Qəza zamanı VAZ 2107, “Raf” və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.
Zəncirvarı qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.