Ru
15:51 / 09 Yanvar 2026

Nazir generalın müavinini işdən çıxardı - YENİ TƏYİNAT - FOTO

Nazir generalın müavinini işdən çıxardı  - YENİ TƏYİNAT - FOTO
Eye

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Tamerlan Allahverdiyev Akademiyanın rəis müavin təyin olunub.

Nazirin digər əmri ilə uzun illər Akademiya rəisinin müavini vəzifəsində çalışmış polkovnik Aslan Hüseynov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, yeni təyin olunan rəis müavini Tamerlan Allahverdiyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar