Ru
19:37 / 19 Fevral 2026

Nazirdən əmr: Məmmədov komandir təyin edildi

Nazirdən əmr: Məmmədov komandir təyin edildi
Eye

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının (bundan sonra - Mühafizə alayı) komandiri vəzifəsinə təyinat həyata keçirilib. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Ədliyyə Nazirliyindən Bakupost.az-a verilən məlumata görə, əmrə əsasən, Mühafizə alayının komandirinin müavini polkovnik-leytenant Bəxtiyar Məmmədov alayın komandiri vəzifəsinə təyin olunub.

"Bəxtiyar Məmmədov 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2010-cu ildə daxili işlər orqanlarında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin iyun ayından xidmətini ədliyyə orqanlarında davam etdirərək Mühafizə alayının komandirinin müavini vəzifəsinə təyin edilib", - məlumatda bildirilib.

Qeyd edilib ki, Bəxtiyar Məmmədova 2025-ci ilin sentyabr ayından etibarən Mühafizə alayının komandiri vəzifəsinin icrası həvalə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar