G20 sammiti 14-15 dekabr 2026-cı il tarixlərində Florida ştatının Mayami şəhərində keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
“ABŞ-nin G20-yə sədrliyi 14-15 dekabr tarixlərində Florida ştatının Mayami şəhərindəki “Trump National Doral”da prezident Trampın ev sahibliyi edəcəyi liderlər sammiti ilə yekunlaşacaq”, - məlumatda bildirilir.