Ru
22:14 / 19 Fevral 2026

Azərbaycanlı Amasyada, İrəvanda atəş səsi - Marukyan “gəlirlər” dedi...

Azərbaycanlı Amasyada, İrəvanda atəş səsi - Marukyan “gəlirlər” dedi...
Eye

Əslən Qərbi Azərbaycandan olan Rusiya vətəndaşı Rövşən Əhmədovun indiki Ermənistan ərazisini gəzməsi, köhnə yurd yerlərindən video çəkib, paylaşması bəzi erməni siyasətçiləri narahat edib.

Bakupost.az xəbər verir ki, bununla bağlı İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyanın açıqlama yayıb.

O, azərbaycanlıların Ermənistanda “peyda olması” ilə İrəvandakı iki qrup arasında ataşmanı “eyni müstəvidə” gündəmə gətirib:

“Azərbaycanlılar Amasiyada naməlum şəraitdə peyda olublar və İrəvanın mərkəzində gündüz vaxtı atəş səsləri eşidilir.

Əvvəla, qeyd etmək istəyirəm: Azərbaycanlılar Ermənistana naməlum şəraitdə gəliblər. Amma əslində onlar mövcud hökumətin siyasəti altında gəliblər, min dəfə müzakirə etdiyimiz, min dəfə gələcəyini proqnozlaşdırdığımız bir şey. İnsanlar isə düşünürlər ki, yaxşı, bundan böyük bir şey çıxarmayın, gəlin sülh içində yaşayaq... Bir azərbaycanlı "Hər şey yaxşı olsun və biz qayıdacağıq" deyəndə nəyi nəzərdə tutur? O, 7 iyun seçkilərindən sonra bu hökumət hakimiyyətdə qalsa, evlərinə qayıdacaqlarını nəzərdə tutur”.

Marukyan əlavə edib ki, azərbaycanlıların "mülki maşınlarla" geri qayıtmasının qarşısını almaq üçün müzakirələr və bu məsələlərlə məşğul olan səlahiyyətli insanlar lazımdır”.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar