Ru
22:05 / 19 Fevral 2026

Putinlə yaxşı münasibətlərim olduğu üçün düşünürdüm ki...

Putinlə yaxşı münasibətlərim olduğu üçün düşünürdüm ki...
Eye

"Rusiya lideri Vladimir Putinlə çox yaxşı münasibətlərim vardı. Bu üzdən düşünürdüm ki, Ukrayna münaqişəsini bitirə bilərəm. Görünür, böhranın həllinin mürəkkəbliyini lazımınca qiymətləndirə bilməmişəm".


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının ilk iclasında çıxışı zamanı deyib.

O həmçinin xüsusi elçisi Stiven Uittkoffun işini tərifləyib və Putinlə ilk görüşünün təxminən dörd saat davam etdiyini xatırladıb:

"Zəng etdim və dedim ki, Stiv, vəziyyət necədir? Dedi ki, görüş hələ davam edir. Bir saat keçdi. Yenə zəng etdim və bildirdim ki, Stiv işini bitirəndə mənə zəng etsin, nə baş verdiyini bilmək istəyirəm. Biz bu müharibəyə son qoymaq istəyirik. Putinlə onun ilk görüşü dörd saat davam etdi. Onlar bir-biri ilə yaxşı yola gedirlər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar