Vatsap yazışma platformasında bu dəfə Ramazan ayı ilə əlaqədar saxta məlumatlar paylaşılır.
Bakupost.az xəbər verir ki, paylaşımda Prezident İlham Əliyevin adından istifadə edilərək, bütün vətəndaşlara pul "paylanıldığı" bildirilir.
Bu "kampaniya" "AZN 200 Ramazan nəğd dəstəyi" adı altında təbliğ olunur və istifadəçilərdən linkə keçid etməsi istənilir.
Aydındır ki, linkə keçid edən şəxslər kiberdələduzların qurbanına çevrilir və fərdi məlumatları oğurlanır.
Xəbərlə bağlı fotonu təqdim edirik:
Asena,
BakuPost