Ru
23:57 / 19 Fevral 2026

Tramp söz verdi: Həll edəcəyəm!

Tramp söz verdi: Həll edəcəyəm!
Eye

ABŞ Prezidenti Donald Tramp "doqquzuncu müharibəni" həll edəcəyinə söz verib.

Bakupost.az xəbər verir ki, o, bu barədə Sülh Şurasının ilk iclasında çıxışı zamanı bildirib.

Tramp adətən Ukraynadakı münaqişəni "doqquzuncu müharibə" adlandırır və qeyd edir ki, o, əvvəllər dünyanın müxtəlif yerlərində səkkiz hərbi münaqişəni həll edə bilib.

Amerika liderinin sözlərinə görə, son bir ildə sülh istiqamətində "həqiqətən yaxşı işlər" görülüb və Sülh Şurasında iştirak edən bəzi liderlər əhəmiyyətli töhfələr veriblər.

"Səkkiz müharibəni həll etdik və düşünürəm ki, qarşıda daha biri var . Onlardan biri gözlədiyimdən daha çətin idi. Düşünürdüm ki, bu, ən asan olacaq. Amma müharibədə nəyin asan, nəyin isə asan olmayacağını heç vaxt bilmirsən", - Tramp deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar