Ru
17:12 / 18 Sentyabr 2020

Nazirlik saytını yeniləyir

Nazirlik saytını yeniləyir
Eye


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi www.sosial.gov.az ünvanında yerləşən internet səhifəsinin yeni dizaynda yaradılması üçün açıq tender elan edib.

"BakuPost” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 9-u, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 19-u, saat 18:00-a qədər nazirliyin Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun baş məsləhəçisi Anna Elyaşinadır. Telefon: (012) 596-44-09.

Təkliflərə oktyabrın 20-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İş ən gec bu ilin sonuna qədər təhvil verilməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar