Neft qiymətləri əvvəlki gün təxminən 8 faiz ucuzlaşdıqdan sonra sabitləşib.
“Bakupost” xəbər verir ki, “Brent” markalı neftin bir barreli 105 dollar, ABŞ-nin “WTI” markalı nefti isə 97 dollardan aşağı səviyyədə ticarət olunub.
ABŞ və İran arasında danışıqların davam etdirilməsi ilə bağlı açıqlamalar qiymətlərin enməsinə təsir göstərib. Bununla belə, Hörmüz boğazı ətrafında gərginlik qalır. ABŞ-nin İranın Keşm adasına zərbə endirdiyi, adada beş partlayış baş verdiyi bildirilir.
Vüsalə Hüseynova,
BakuPost