Neftçala Rayon Polis Şöbəsinə rəis təyin edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Xatırladaq ki, dünən Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyevin işdən çıxarılması ilə bağlı
xəbər vermişdik.
Elnur
BakuPost
Vüsal Şəbəndiyev yaxşı rəis olub vətandaşlar laqeyid yanaşmayıb Həm qanuni həm insani baxımdan çox yaxşı rəis olub