Ru
20:03 / 03 May 2021

"Neftçi" "Keşlə"ni darmadağın etdi

1502
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Bakupost.az xəbər verir ki, günün ilk oyununda "Keşlə" çempionluğa iddialı "Neftçi"ni qəbul edib.

“ASK Arena”dakı qarşılaşma gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.

Matç "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu "Keşlə"nin heyətində Tərlan Quliyev 38-ci dəqiqədə öz qapısına vurub. 74-cü dəqiqədə "ağ-qaralar"ın tanınmış futbolçusu Keysuke Honda fərqi iki topa çatdırıb. Matçda son nöqtəni isə görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə flaqmanın kapitanı Emin Mahmudov qoyub.

Bu nəticədən sonra xallarının sayını 50-ə çatdıran "Neftçi" bir günlük də olsa, lider "Qarabağ"a çatıb. "Keşlə" isə 23 xalla 6-cı sıradadır.

Qeyd edək ki, günün digər matçında "Səbail" "Qəbələ"ni qəbul edəcək. Turun "Sumqayıt" - "Sabah" və "Qarabağ" - "Zirə" oyunları mayın 4-də keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər