Ru
10:32 / 22 İyul 2020

Neftimiz bahalaşmağa başladı

7963
Dünya birjalarında neftin qiymətində təzadlı dəyişikliklər müşahidə edilir.

Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,74 dollar artraraq 45,74 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar geriləyərək 44,07 dollara düşüb.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 41,64 dollar təşkil edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər